12:22 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Kirill Vışinskinin həbsinin ildönümü ilə bağlı Ukraynanın Moskvadakı səfirliyinin qarşısında aksiya keçirilib

Moskvada Ukrayna səfirliyinin qarşısında Vışinskiyə dəstək aksiyası keçirilib

© Sputnik / Aleksey Kudenko
DÜNYA
Qısa URL
572 0 0

Aksiya iştirakçıları "Zelenski! Kirilli azad et!" və digər sözlər yazılmış plakatlar tutublar

BAKI, 15 may — Sputnik. Aralarında jurnalistlərin və sadə insanların olduğu onlarla adam RİA Novosti Ukrayna-nın rəhbəri Kirill Vışinskinin həbsinin ildönümü ilə bağlı Ukraynanın Moskvadakı səfirliyinin qarşısında aksiya keçiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, aksiya iştirakçıları əllərində "Zelenskiy! Osvobodi Kirilla!" ("Zelenski! Kirilli azad et!") və digər şüarların yazıldığı plakatlar tutublar. Onlar, həmçinin "Volyu Kirillu Vışinskomu!" ("Kiril Vışinskinyə azadlıq") şüarını səsləndiriblər.

Участники акции в поддержку Кирилла Вышинского у здания посольства Украины в Москве
© Sputnik / Aleksey Kudenko
Kirill Vışinskinin həbsinin ildönümü ilə bağlı Ukraynanın Moskvadakı səfirliyinin qarşısında aksiya keçirilib

"Bu aksiya çox vacibdir, biz bütün aksiyaların monitorinqini Kirillə göndəririk... O, sizin dəstəyinizi çox qiymətləndirir. Kirill azad olmayana qədər biz sakitləşməyəcəyik" - deyə "Rossiya seqodnya" MİA-nın baş direktoru Dmitri Kiselyov jurnalistlərə bildirib.

Bununla yanaşı, o, Vışinskiyə dəstək üçün aksiyaya gələn bütün həmkarlarına təşəkkür edib.

Kirill Vışinski 15 may 2018-ci il tarixində Kiyevdə saxlanılıb. Jurnalistə bildiriblər ki, o, özünü "Donbass Respublikası" adlandıran qurumu dəstəkləməkdə və dövlətə xəyanətdə şübhəli bilinir. Onun ittiham edildiyi maddədə 15 ilədək həbs cəzası nəzərdə tutulur. Xerson şəhər məhkəməsi mayın ‪17-də Vışinski ilə bağlı həbs qərarı çıxarıb. Hazırda jurnalistin həbsi iyulun 22-dək uzadılıb.

Vışinskinin işi üzrə növbəti məhkəmə iclası mayın 30-da saat 17:00-da Kiyevin Podolsk məhkəməsində keçiriləcək. Prokurorluğun ittiham aktını oxumağı davam etdirəcəyi gözlənilir. Hələ 79 səhifəlik aktın 17 səhifəsi oxunmayıb.

Bununla yanaşı, mayın ‪27-də saat 10.00-da Ukrayna Ali Məhkəməsinin Birləşmiş Kassasiya Palatası Vışinskinin onun həbsi barədə məhkəmə qərarına etiraz edən kassasiya şikayətinə baxacaq.

Məhkəmə iclaslarının birində Vışinski kömək üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmişdi və bildirmişdi ki, Ukrayna vətəndaşlığından imtina edir. Putin bu vəziyyəti görünməmiş hal kimi qiymətləndirmişdi və bəyan etmişdi ki, Vışinskini birbaşa peşəkar fəaliyyətinə, jurnalistlik funksiyasını yerinə yetirdiyinə görə həbs ediblər. Moskva Kiyevə etiraz notası göndərərək mətbuat nümayəndələrinə qarşı zorakılığı dayandırmağı tələb etmişdi.

Əsas mövzular