Zəlzələ olub, ardınca yeni təhlükə barədə xəbərdarlıq edilib

© AFP 2023 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dağıntı və insan tələfatı barədə hələlik məlumat yoxdur

BAKI, 14 may — Sputnik. Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ olub. Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırma Xidməti məlumat yayıb.

Zəlzələnin mərkəzinin Kokopo şəhərindən 47 km məsafədə olduğu bildirilir. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Sunami barədə xəbərdarlıq edilib. Dağıntı və insan tələfatı barədə hələlik məlumat daxil olmayıb.

Xəbər lenti
0