Tarakan prezidentə çətin anlar yaşatdı – VİDEO

© AP PhotoFilippin prezidenti Rodriqo Duterte
Filippin prezidenti Rodriqo Duterte - Sputnik Azərbaycan
Abunə olmaq
Filippin prezidenti Rodriqo Dutertenin üzərinə tarakan çıxıb

BAKI, 12 may — Sputnik. Filippin prezidenti Rodriqo Duterte çıxışı zamanı çətin anlar yaşayıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, prezident auditoriya qarşısında çıxış edən zaman tarakan onun üzərinə dırmaşıb. Köməkçisi Rodriqo Duterteyə yaxınlaşaraq tarakanı qovmağa çalışıb. Duterte çıxışını yarımçıq kəsərək, tarakanı üzərindən atıb.

Prezident bu vəziyyətdə zarafat etməyi də unutmayıb. O deyib ki, tarakan Liberal partiyası tərəfindən göndərilib: “Bu liberaldır. Bəli, dəqiq odur”.

Xəbər lenti
0