Yenə də qaçqın faciəsi – 70 nəfər dənizdə batdı

© REUTERS / Hermine Poschmann / Misson-Lifeline / Handout Aralıq dənizində miqrantlar
Aralıq dənizində miqrantlar - Sputnik Azərbaycan
Abunə olmaq
Qayıqda olan 16 nəfər xilas edilib

BAKI, 10 may — Sputnik. Aralıq dənizinin Tunis sahillərində miqrantları daşıyan qayıq batıb.

Sputnik Azərbaycan Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, fəlakət nəticəsində ən azı 70 miqrant batıb.

Qayıqda olan 16 nəfər isə xilas edilib.

Ölənlərin sayının artacağı istisna olunmur.

Xəbər lenti
0