01:18 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Глава внешнеполитического ведомства Ирана Джавад Зариф

Zərifdən gözlənilməz etiraf: "İlk dəfə İran və Rusiya münasibətləri..."

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
201 0 0

Daha əvvəl rəsmi Tehran İranının nüvə razılaşması ilə götürdüyü öhdəliklərin bir hissəsinin yerinə yetirilməsinin dayandırılması haqqında məktubu saziş üzvlərinə göndərib

BAKI, 8 may — Sputnik. "İran və Rusiya arasında münasibətlər indiyə qədər olmayan şəkildə geniş və dərindir". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Cəsarətlə deyə bilərəm ki, bu gün İran və Rusiya arasında münasibətlər indiyə qədər olmayan şəkildə geniş və dərindir", - deyə Zərif qeyd edib.

O, həmçinin İranın nüvə razılaşmasına dair götürdüyü bəzi öhdəliklərdən imtina etməsinə də münasibət bildirib: "Biz öz haqlarımızın reallaşdırılması üçün mübarizə aparmağa hazırıq. Lakin beynəlxalq birliyin öz öhdəliklərini yerinə yetirmək vaxtı çatıb".

Xatırladaq ki, daha əvvəl rəsmi Tehran İranının nüvə razılaşması ilə götürdüyü öhdəliklərin bir hissəsinin yerinə yetirilməsinin dayandırılması haqqında məktubu saziş üzvlərinə göndərib.

"Bu məktublarda onlara bildirdik ki, biz bir il gözlədik... və öz öhdəliklərimizə riayət etdik. Biz nüvə razılaşmasından çıxmaq istəmirik, bu gün razılaşma çərçivəsində yeni addımlar atacağıq", - deyə İran prezidenti Həsən Ruhani televiziyada canlı yayımda bildirib.

Qeyd edək ki, İran və "Altılıq" ölkələr (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb.

ABŞ 2018-ci il mayın 8-də İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. ABŞ yeni saziş bağlanmayana qədər İrana qarşı sanksiya tətbiq edəcəyini bildirib.

Əsas mövzular