Dəhşətli xəstəlik minə yaxın insanı öldürdü

© REUTERS / Olivia AclandKonqo vətəndaşına Ebolaya qarşı peyvənd vurulur, arxiv şəkli
Konqo vətəndaşına Ebolaya qarşı peyvənd vurulur, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 7 may — Sputnik. Konqo Demokratik Respublikasında (KDR) keçən il iyul ayından başlayan ebola epidemiyasından ölənlərin sayı 979 nəfərə çatıb.

Педиатр осматривает ребенка перед прививкой - Sputnik Azərbaycan
Keçmiş müttəfiqimizdə təhlükləi xəstəlik yayılır

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə KDR-in səhiyyə nazirliyi məlumat verib.

Məlumata görə, Şimali Kivu ştatında başlayan və İturi ştatına yayılan ebola epidemiyası zamanı 1572 qanaxmalı qızdırma faktı baş verib.  Bu faktlar zamanı 1506 nəfərdə ebola olduğu müəyyən edilib. Epidemiya zamanı xəstəliyə yoluxanlardan 439 nəfəri sağalıb. Ebola mərkəzlərində 88 nəfərin müalicəsi davam edir.

Ebola virusundan qaynaqlandığı sübut edilməyən qanaxmalı qızdırma faktından isə daha 66 nəfərin dünyasını dəyişdiyi deyilir.

2018-ci ilin avqust ayında bölgədə başlanılan peyvəndləmə kampaniyası çərçivəsində 111920 nəfər peyvənd edilib.

Belə qanaxmalı qızdırmaya yol açan ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və KDR-in Yambuku şəhərlərində epidemiya halında meydana çıxmışdı. KDR-də epidemiya Ebola çayı yaxınlığındakı bir kənddə meydana gəldiyi üçün xəstəliyə çayın adı verilib.

https://www.sozcu.com.tr/2019/dunya/ebola-can-almaya-devam-ediyor-kongoda-olu-sayisi-979a-ulasti-4704399/

Xəbər lenti
0