Türkiyə Rusiyaya hərbçi göndərir

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidHHQ-nin S-400 raket kompleksi
HHQ-nin S-400 raket kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib

BAKI, 7 may — Sputnik. Türkiyə mayın sonlarında "S-400" zenit-raket komplekslərinin istifadəsini öyrənilməsi məqsədilə 100-ə yaxın hərbçisini Rusiyaya göndərəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə yüksək rütbəli türkiyəli hərbi mənbə bildirib.

"Mayın sonunda 100-ə yaxın hərbçimiz "S-400" zenit-raket komplekslərinin istifadəsinin öyrənilməsi məqsədilə Rusiyaya göndəriləcək" - deyə mənbə vurğulayıb.

S-300, arxiv şəkli - Sputnik Azərbaycan
Rusiyanın "S-300"-ü göydə partladı – VİDEO

Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.

Xəbər lenti
0