İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

© Photo : Azərbaycan Prezidentinin rəsmi səhifəsiAzərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşü. Arxiv şəkli
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı Şeremetyevo hava limanında çoxsaylı insan ölümünə səbəb olan qəza ilə bağlı kədərini çatdırıb

BAKI, 6 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Xəbər lenti
0