21:09 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
558 0 0

Türkiyə heyəti NATO-nun Avropa qərargahındakı tədbirə qatılmayıb

BAKI, 4 may — Sputnik. Türkiyə heyəti NATO-nun Belçikada yerləşən Avropa qərargahındakı tədbirə qatılmaqdan imtina edib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, buna səbəb Kipr Respublikasının (Cənubi Kipr) nümayəndələrinin həmin tədbirə qatılması olub.

Türkiyəni təmsil edən nümayəndələr öncədən bildirmişdilər ki, Kiprin təmsilçiləri mərasimə qatılacağı halda iştirakdan imtina edəcəklər. 

Qeyd edək ki, Türkiyənin də dəvət olunduğu bu tədbirə Avropa Birliyinə üzv ölkələr də qatılıb.

Əsas mövzular