Müsəlmanların müqəddəs şəhəri basqına məruz qala bilər - Xəbərdarlıq

© AFP 2023 / KARIM SAHIBSəudiyyə Ərəbistanının müqəddəs şəhərlərinə çəyirtkə hücumu
Səudiyyə Ərəbistanının müqəddəs şəhərlərinə çəyirtkə hücumu - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər hücumdan əziyyət çəkən bölgələrə müdaxilə etmək üçün hazır gözləyirlər

BAKI, 4 may — Sputnik. Səudiyyə Ərəbistanında şəhərlər Qırmızı dəniz üzərindən gələn çəyirtkələrin hücumuna məruz qalıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, daha öncə Misir və Sudana hücum edən çəyirtkələr Qırmızı dəniz üzərindən Səudiyyə Ərəbistanının bir çox şəhərinə doluşub.

Daha əvvəl də çəyirtkə istilasına uğrayan Mədinə şəhərində yenidən çəyirtkələrə qarşı xəbərdarlıq edilib. Mütəxəssislər çəyirtkə hücumundan əziyyət çəkən bölgələrə müdaxilə etmək üçün hazır gözləyirlər.

Çəyirtkələrin kənd təsərrüfatı məhsullarına zərər verə biləcəyi xəbərdarlığı da edilib.

Qeyd edək ki, xüsusilə kənd təsərrüfatı sahələrini yox etdikləri üçün iqtisadiyyata böyük zərbə vuran çəyirtkələr, ölkələr üçün böyük təhlükə kəsb edir.

Xəbər lenti
0