İstanbulun üç rayonunda seçki saxtakarlığı iddiası ilə 32 ayrı istintaq başlayıb

© REUTERS / UMIT BEKTASİstanbul bələdiyyəsinə seçkilər çadırı
İstanbul bələdiyyəsinə seçkilər çadırı - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaqı İstanbul Baş Prokurorluğu aparır

BAKI, 2 may — Sputnik. İstanbulun Maltepe, Kadıköy və Ataşehir rayonlarında seçki saxtakarlığı iddiası ilə 32 ayrı istintaq başlayıb. Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, istintaq çərçivəsində 100-dən çox məntəqə seçki komissiyasının sədri və üzvü şübhəli qismində ifadəyə verməyə çağırılıb.

İstintaqı İstanbul Baş Prokurorluğu aparır.

Seçki saxtakarlığı iddiası ilə Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası müraciət edib. Müraciətlərin bir qismini isə dairə seçki komissiyalarının sədrləri edib.

İstanbul Baş Prokurorluğu iddiaları araşdırmaq məqsədilə 32 ayrı istintaq başladıb.

Prokurorluğun ifadə alma prosesi zamanı şübhəlilərə bir sıra suallar ünvanlanıb. Onlara daha əvvəl seçkidə iştirak edib-etmədikləri, seçki günü vəzifə bölgüsünün necə həyata keçirildiyi, protokollara atdıqları imzaların özlərinə aid olub-olmadığı kimi suallar verilib.

Xəbər lenti
0