CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uğurun formulu: Stüardessalıqdan kraliçalığa gedən yol...

© AP Photo / Pool PhotoTailandın kralı X Rama tacqoyma mərasimindən əvvəl kraliça Suthida ilə müqəddəs məbədə baş çəkib
Tailandın kralı X Rama tacqoyma mərasimindən əvvəl kraliça Suthida ilə müqəddəs məbədə baş çəkib - Sputnik Azərbaycan
Abunə olmaq
Nikahın qeydə alınması mərasimi dünən Kral sarayında keçirilib

BAKI, 2 may — Sputnik. Tailand əhalisi gələcək hökmdar X Ramanın nikahını müzakirə edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, belə kraliçanı heç kim gözləmirmiş.

Наследный принц Саудовской Аравии Мохаммед бен Салман беседует со своим отцом королем Салманом на заседании Совета сотрудничества стран Залива в Эр-Рияде - Sputnik Azərbaycan
Səudiyyə kralı İraqa 1 milyard dollar hədiyyə edib

"Əlbəttə, insanlar yeni kraliçanı qəbul edəcək. Düzdür, onlar düşünə bilərlər ki, bir neçə il əvvəl ona general rütbəsi xüsusi olaraq verilib, o indi kraliça ola bilsin" - deyə yerli sakin bildirib.

"Əgər hakimiyyət onun bu yerdə olmasını istəyirsə, qoy belə də olsun. Mən onları təbrik edirəm. Ümid edirəm ki, nikah ölkə üçün faydalı olacaq" - deyə digər sakin qeyd edib.

Nikahın qeydə alınması mərasimi dünən Kral sarayında keçirilib. Mərasim zamanı X Rama 40 yaşlı kral mühafizəsinin rəhbəri Suthidanı kraliça adlandırıb.

Şahzadənin nişanlısı öz karyerasına dövlət hava yolları şirkətində stüradessa kimi başlayıb və 2014-cü ilə qədər orada çalışıb. Bundan sonra o sarayda xidmət etməyə başlayıb və kral mühafizəsinin rəhbəri postunadək yüksəlib. General rütbəsini o, 2016-cı ildə IX Rama öldüyü zaman alıb. Tailandın yeni hökmdarının tacqoyma mərasimi 3 gün - mayın 4-dən 6-dək davam edəcək.

Xəbər lenti
0