"Barselona" qələbə qazandı, oyunçusu isə itirdi

© AFP 2023 / LLUIS GENE"Barselona" klubunun braziliyalı yarımmüdafiəçisi Artur Melo
Barselona klubunun braziliyalı yarımmüdafiəçisi Artur Melo - Sputnik Azərbaycan
Abunə olmaq
Çempionlar Liqasında "Barsa"- "Liverpul" matçı zamanı barselonalı yarımmüdafiəçinin evi soyulub

BAKI, 2 may — Sputnik. İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Artur Melonun evi Çempionlar Liqasında İngiltərə "Liverpul"u ilə ilk yarımfinal matçının gedişində qarət edilib. Braziliyalı oyunçunun yaşayış yeri o, "Kamp Nou" stadionunda ehtiyat oyunçular skamyasında oturarkən soyğuna məruz qalıb.

Həmin vaxt Arturun evində onun qardaşı olub. Lakin evə pəncərədən soxulan qarətçilər onu bıçaq və burğacla qorxudublar.

Футбольное поле и мяч - Sputnik Azərbaycan
İDMAN
"Barselona" ilk görüşdə rəqibini darmadağın etdi

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, oğrular futbolçunun evindən Rolex premium saatını və çoxlu bahalı zinət əşyalarını aparıblar.

Hazırda ev oğrularının axtarışını Barselona polisi həyata keçirir.

Xatırladaq ki, Çempionlar Liqasının sözügedən matçı "Barsa"nın 3:0 hesablı qələbəsi ilə nəticələnib. Oyunda iki qolu Lionel Messi, birini isə Luis Suares vurub. Artur isə ehtiyat oyunçular skamyasında qalıb, matçda iştirak etməyib.

Qeyd edək ki, son vaxtlar Avropa qitəsində komandalarının keçirdiyi matçlar zamanı futbolçuların evinin qarət edilməsi halları artıb. Bundan əvvəl Fransanın "Pari Sen-Jermen" klubunun 3 futbolçusunun - Anhel Di Mariya, Tiaqo Silva və Erik Şupo-Motinqin evləri qarət edilib. Sonuncunun evi son bir ayda oyunlar zamanı 2 dəfə soyulub.

 

Xəbər lenti
0