Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropa Birliyi Birləşmiş Ştatların qərarına qarşı çıxdı

© AFP 2023 / Donald MiralleAvropa Birliyi və ABŞ-ın bayraqları
Avropa Birliyi və ABŞ-ın bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Federika Mogerini ABŞ-dan narazıdır

BAKI, 2 may — Sputnik. ABŞ-da, Kubada fəaliyyət göstərən əcnəbi şirkətlərə məhkəmə iddiası qaldırmağa imkan verəcək qanun qüvvəyə minib. Yeni qanun Avropa qitəsində xoş qarşılanmayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə təmsilçisi Federika Mogerini yeni qanunla bağlı yazılı açıqlama verib. Mogerini AB adından bunu beynəlxalq normalara zidd hesab etdiyini deyib.

Mogerini qeyd edib ki, yaranan problemlə əlaqədar olaraq onlar məsələni hüquqi müstəvidə həll etmək üçün, hətta Dünya Ticarət Təşkilatındakı hüquqlarından istifadə edəcəklər.

Xəbər lenti
0