10:20 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
54 0 0

Telefon danışığı bu gün baş tutacaq

BAKI, 1 may — Sputnik. ABŞ Dövlət katibi Mayk Pompeo və Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün telefonla Venesueladakı vəziyyəti müzakirə edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu "CNN" telekanalının efirində ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

"Dövlət katibi Pompeo öz (rusiyalı) həmkarı ilə danışacaq... Biz ruslarla xeyli diskussiya aparırıq", - deyə Bolton vurğulayıb.

O qeyd edib ki, telefon danışığı bu gün baş tutacaq.

Qeyd edək ki, ötən gün Venesuelada növbəti dövlət çevrilişi cəhdinin olmasına dair məlumat yayılıb.

Venesuela müxalifətinin lideri Xuan Quaydo isə Nikolas Maduro rejiminin devrilməsinə yönələn "Azadlıq" əməliyyatının yekun fazasının başladığını bəyan edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya və daha bir neçə ölkə isə Maduronu dəstəklədiyini bildirib.

Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.

Əlaqədar

Venesueladan şok qərar: Xuan Quaydoya 15 illik cəza
Venesuelada növbəti dövlət çevrilişi cəhdi
Tramp və Putin Venesuelada baş verənləri diqqətlə izləyir
Vaşinqton: Rusiya raketləri Venesuela əməliyyatımıza mane ola bilməz
"Venesuela heç vaxt ABŞ-ın müstəmləkəsi olmayacaq"
Teqlər:
Mayk Pompeo, Sergey Lavrov, Rusiya, ABŞ, Venesuela

Əsas mövzular