Çox qaçdı, lakin sonda 50 həftəlik cəzaya məruz qaldı

© REUTERS / Peter NichollsWikiLeaks-in təsisçisi Culian Assanc sonuncu dəfə Londonda Ekvador səfirliyinin pəncərəsində görünüb
WikiLeaks-in təsisçisi Culian Assanc sonuncu dəfə Londonda Ekvador səfirliyinin pəncərəsində görünüb - Sputnik Azərbaycan
Abunə olmaq
Assanj 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınmışdı

BAKI, 1 may — Sputnik. "WikiLeaks" portalının yaradıcısı Culian Assanj 50 həftə müddətinə azadlıqdan məhrum edilib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bununla bağlı London məhkəməsi qərar verib.

Məlumata əsasən Assanj zamin buraxılışının şərtlərini pozduğu üçün cəzalandırılıb.

Qeyd edək ki, Böyük Britaniya polisi "WikiLeaks" portalının yaradıcısı Cullian Assanjı aprelin 11-i həbs edib.

Edvard Snouden - Sputnik Azərbaycan
Snoudenin növbəti sensasiyalı açıqlaması dünyanı qarışdırdı

Qeyd edək ki, Culian Assanj Avstriya vətəndaşıdır. O, 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınmışdı.

"WikiLeaks" dövlət, korporasiya və ya dinlə bağlı sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq sosial internet layihədir. 

Saytın hostu İsveçdə mənzillənən "yüksək dərəcədə etibarlı, məxfi və heç bir sual soruşmayan" PRQ İnternet provayderidir. Bununla yanaşı, "WikiLeaks" öz serverlərini heç bir spesifik yerdə mənzilləmir.

Saytın rəhbəri Culian Assanj müsahibələrində dəfələrlə bildirib ki, Amerika hakimiyyəti onu cəzalandırmağa hazırlaşır. Bir neçə ay müddətinə saytda "Sığorta" adlı xüsusi məxfi fayl yerləşdirilmişdi. Bu faylı internetdən endirmək mümkün olsa da, onu açmaq üçün xüsusi kod lazımdır.

Ehtimal olunur ki, bu faylda yerləşdirilən kompromatlar ABŞ hakimiyyətini daha çox narahat edir və Assanja qarşı sui-qəsd olacağı halda oradakı məlumatlar yayımlanacaq.

Xəbər lenti
0