Türkiyədə istirahət yeni prezidentə neçəyə başa gəlib?

© AP Photo / Efrem LukatskyVladimir Zelenski
Vladimir Zelenski - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynada keçirilən seçkilərin qalibi Vladimir Zelenskinin ailəsi ilə birlikdə Bodrumda istirahətə nə qədər pul xərclədiyi məlum olub

BAKI, 30 aprel — Sputnik. Ukraynada keçirilən prezident seçkilərinin qalibi Vladimir Zelenski Türkiyədə ailəsi ilə birlikdə üç günlük istirahətə 30 min, uçuş biletləri ilə birlikdə isə 33 min dollar xərcləyib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə RİA Novosti-yə siyasətçinin qaldığı Bodrum rayonundakı beşulduzlu hotelin əməkdaşı bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, prezident villasının 1 sutkasının mövsümlərarası dövrdə qiyməti 10 min dollardır (yayda bu qiymət 3 dəfə artıq olur).

Шакир Эминбейли - Sputnik Azərbaycan
Ukrayna prezidentinin azərbaycanlı dostu Zelenskinin qələbəsindən danışır

Hotelin administrasiyası qiyməti deməkdən imtina edib. Bildirib ki, lüks otaqlarda istirahət müştərilərlə şəxsi razılaşma əsasında həll olunur. "Adi villalar hazırda bizdə dörd nəfər üçün həftəlik 15 min, standart qiymət isə adambaşına 4,5 min dollardır" - deyə hotelin rezervasiya bölməsindən bildiriblər.

Türkiyənin turizm agentlikləri prezident villalarında hər şeyin xüsusi olduğunu qeyd edirlər: "Oranın öz hövuzları, xüsusi xidmət personalı var. Orada müştərilər fərdi olaraq əylənirlər və arzu etdikləri hər şeylə təmin olunurlar".

Zelenski aprelin 26-da "Facebook"da Türkiyəyə istirahətə getdiyini yazmışdı. O etiraf etmişdi ki, bu, son dörd ay ərzində onun ilk istirahətidir.

Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçirilib. Zelenski böyük səs fərqi ilə qalib gəlib. O, seçici səslərinin 73,22 fazini toplayıb. Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenkonu isə seçicilərin cəmi 24,45%-i dəstəkləyib. Seçkilərin nəticələri aprelin 30-da rəsmən elan ediləcək. Hazırda fəaliyyətdə olan prezidentin səlahiyyət müddəti seçkilərin rəsmi nəticələri elan olunandan 30 gün sonra başa çatır.

Xəbər lenti
0