Onlarla maşının iştirakı ilə qəza oldu, 20-dən artıq yaralı var

© pixabay / Marcel LangthimQəza sığortası
Qəza sığortası - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə səbəbindən Bavariya əyalətinə gedən yol bağlanıb

BAKI, 28 aprel - Sputnik. Almaniyanın Türingiya əyalətinin cənubundakı A71 şosesində buz və dolu səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Qəza nəticəsində azı 25 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti daha ağırdır.

Yaralıların vaxtında xəstəxanaya çatdırılması üçün əraziyə iki helikopter cəlb olunub. Yaralılar üçün hadisə yerində çadır qurulub. 

Hadisə səbəbindən Bavariya əyalətinə gedən yol bağlanıb. 

Xəbər lenti
0