Ərdoğan sərt danışdı: "O hadisə nə soyqırımdır, nə də fəlakət"

© REUTERS / MURAD SEZERПрезидент Турции Тайип Эрдоган выступает на пресс-конференции в особняке Хубера в Стамбуле
Президент Турции Тайип Эрдоган выступает на пресс-конференции в особняке Хубера в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti: "Əgər biz ermənilərə qarşı, iddia edildiyi kimi, qətliam törətməyə çalışsaydıq, bu gün Avropadan Amerikaya, Şimali Afrikadan Qafqazlara qədər olan geniş bir ərazidə milyonlarca erməni yaşamazdı"

BAKI, 27 aprel — Sputnik. "Ermənilərlə bağlı baş verən hadisə nə soyqırımıdır, nə də böyük bir fəlakət". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Министр иностранных дел Армении Зограб Мнацаканян - Sputnik Azərbaycan
QARABAĞ
“Sülhün alternativi fəlakətdir” - erməni nazir Qarabağdan danışdı

"Bu, bir əsr öncə çıx sıxıntılı şərtlər altında yaşanan acı bir hadisədir. Əgər biz ermənilərə qarşı, iddia edildiyi kimi, qətliam törətməyə çalışsaydıq, bu gün Avropadan Amerikaya, Şimali Afrikadan Qafqazlara qədər olan geniş bir ərazidə milyonlarca erməni yaşamazdı" - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, aprelin 24-də ABŞ Prezidenti Donald Tramp 1915-ci il aprelin 24-də baş verənləri yenə "böyük fəlakət" adlandırıb. Ağ Ev 1915-ci il hadisələri ilə bağlı açıqlama yayıb. Açıqlamada 1915-ci il hadisələri ilə bağlı "böyük fəlakət" anlamına gələn "Meds Yeghern" ifadəsi işlənilib.

Ağ Evin 1915-ci il hadisələri ilə bağlı açıqlamasının altında ABŞ Prezidenti Donald Trampın imzası olmayıb. Öncəki illərdə Ağ Ev tərəfindən yayımlanan yazılı açıqlamaların altında ABŞ prezidentlərinin imzaları yer alırdı.

Xəbər lenti
0