12:28 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Neft buruğu

İran neftinin qadağan edilməsi "qara qızıl"ın qiymətini ciddi şəkildə qaldıracaq

© Sputnik / Vitaly Timkiv
DÜNYA
Qısa URL
1256 0 0

Çin və Hindistanın iri milli neft emalı zavodları İran neftini almaqda davam edir.

BAKI, 26 aprel — Sputnik. Aprelin 22-də məlum olub ki, ABŞ hökuməti bu ilin 2 mayınadək qüvvədə olan İran neftinin idxalı ilə bağlı müvəqqəti razılığın vaxtını uzatmamaq barədə qərar verib. Bu razılıq ötən ilin dekabrında 8 ölkəyə (Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə) verilmişdi. 

ABŞ-ın müttəfiq ölkələrinin və alıcı ölkələrin Vaşinqtonun qərarına mümkün reaksiyasını Londondan olan müstəqil iqtisadçı-ekspert, neft və qaz üzrə mütəxəssis Manuçöhr Takin Sputnik Persian-a şərh edib.

- Bu, konkret ölkələrdəki siyasi situasiyadan asılıdır. Bir sıra dövlətlər müstəqildir və onlar Amerikanın təzyiq və təhdidlərini vecinə almır. Lakin bir sıra ölkələr də ABŞ tərəfindən təzyiqlərə məruz qalır. Bu, Vaşinqton maliyyə bazarlarında onların digər ölkələrlə münasibətlərinə təsir göstərir. Belə ölkələr valyuta alanda və ödəniş etməli olanda çoxsaylı problemlərlə üzləşirlər. Çünki bank sistemi ABŞ-ın əlindədir və pul köçürmələrini asan həyata keçirməyə imkan vermir. Əvvəllər İran bir sıra ölkələrlə, məsələn, Hindistan və Çinlə iş görürdü. O, nefti həmin ölkələrə onların milli valyitası ilə - rupi, yaxud yuanla satırdı və bu pullar bankda qorunurdu. İran onlardan mal alanda, həmin bank hesabından ödəniş edirdi. Əlbəttə, bu üsul İran üçün əlverişli deyil. Əgər müştəri varsa, deməli, yaxşı qiymətlə alver etmək azadlığı da olmalıdır.

Ola bilsin, Çin bu qadağalara xüsusi diqqət yetirmədi, amma Hindistan sanksiyalardan ehtiyatlanaraq İrandan neft alışını ixtisar edəcək. Özəl şirkətlərin vəziyyəti isə bir başqa problemdir. Onların əksəriyyəti bu sanksiyalarla üzləşirlər. 

Neft nasosu, arxiv şəkli
© REUTERS / Lucy Nicholson
Belə alıcıların əksəriyyətinin özəl neft emalı zavodları var və onlar Amerikanın təzyiqlərinə müqavimət göstərə bilmirlər. Lakin misal üçün, Çin və Hindistanın iri neft emalı zavodları İrandan neft almaqda davam edir.

- Amerikanın sanksiyaları neft bazarına necə təsir göstərəcək?

- Neftin qiymətləri yüksələcək və bunu hətta ABŞ-ın özü hiss edəcək. Prezident Donald Tramp populyarlığını itirmək istəmir. Lakin ABŞ-da qiymətlər qalxacaq, amerikalılar artıq yanacaqdoldurma məntəqələrində bir qallon benzini 3 dollara alırlar.

İran və Afrika arasında İqtisadi Əməkdaşlıq Şurasının sədri Həsən Xosrovjerdi Sputnik Persian-a bildirib ki, neft bazarında vəziyyət onun iştirakçılarının hərəkətlərindən asılı olacaq. O deyib: "Əlbəttə ki, İrandan neft idxalının kəsilməsi bazarın vəziyyətinə təsir göstərəcək. Hazırda İran nefti əsasən onu almaq icazəsi olan ölkələrə gedir. Məlumdur ki, İran bu ölkələrə yalnız 500 min barelə yaxın neft ixrac edə bilər. Lakin bunun üçün müəyyən vaxt keçməlidir. Biz hazırda ABŞ-ın istəklərinə veriləcək reaksiyaları şərh edə bilmirik".

- ABŞ İran neftinin satışına əngəl yaradandan sonra bazara İranın rəqibi Səudiyyə Ərəbistanı Krallığını itələyə bilərmi?

- Şübhəsiz, Səudiyyə Ərəbistanının xeyrinə olan hər şey bizim üçün pisdir. Amma səudiyyəlilər İran neftini tam əvəz edə biləcəklərmi? Yox, onlar bunu edə bilməyəcəklər. Səudiyyə Ərəbistanının imkanları elə də böyük deyil. Bir müddət əvvəl onlar buna çox çalışdılar, amma edə bilmədilər.

- Bazarda İranın neft təkliflərinin azalması ABŞ-ın daxili bazarında neftlə bağlı vəziyyətə təsir edə bilərmi?

- Neft təchizatı azalanda qiymətlər artır. Belə olan təqdirdə ayrı-ayrı ölkələrin siyasəti necə olacaq? Neftin qiymətlərinin artması bütün ölkələrə təsir göstərir. "Qara qızıl" bazarına iki milyon barel nefti kompensasiya etmək çətin olacaq. Odur ki, neqativ nəticələr qaçılmazdır.

Əsas mövzular