23:45 21 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Все пасхальные службы в районе столицы Шри-Ланки отменены

Yüzlərlə insanın həlak olduğu hadisənin inanılmaz təfərrüatları

© AP Photo / Eranga Jayawardena
DÜNYA
Qısa URL
1081 0 0

Şübhəliləri həbs etmək üçün "kifayət qədər" sübut olmayıb

BAKI, 25 aprel — Sputnik. Şri-Lanka xüsusi xidmət orqanları ölkədə terror aktlarını törədənlərdən bəzilərini izləyirmiş. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin baş naziri Ranil Vikramasinqhe "CNN" telekanalına müsahibəsində bildirib. 

Baş nazir vurğulayıb ki, hüquq-mühafizə orqanları əməkdaşlarının terror aktları törədilənə qədər şübhəliləri həbs etmək üçün "kifayət qədər" sübutları olmayıb.

O vurğulayıb ki, terrorçular orta və yüksək təbəqənin nümayəndələri olub, xaricdə təhsil alıblar. Baş nazirin sözlərinə görə, terrorçuların şəxsi işləri təəccüb doğurub. Bu cür təhsil almış insanların terror törədə biləcəyi heç kəsin ağlına gəlməyib.

Ötən bazar günü Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib. Silsilə terror aktları nəticəsində ölənlərin sayı 359-a çatıb. İnsidentlər nəticəsində 520 nəfər də xəsarət alıb.

Ölkədə fövqəladə vəziyyət elan olunub. Baş verən terror aktlarına görə məsuliyyəti "Milli Tavhid-Camaatı" və İŞİD qruplaşmaları öz üzərinə götürüb.

Əsas mövzular