14:23 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Fransanı ittiham etdi: “Özləri kütləvi qətllər törədib”

© REUTERS / MURAD SEZER
DÜNYA
Qısa URL
44 0 0

Məhz Fransa 25 il əvvəl Ruandada 800 min insanın qətlə yetirilməsinin arxasında durur

BAKI, 24 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı Ankaranı ittiham edən şəxsləri sərt şəkildə tənqid edib. Sputnik Azərbaycan bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyə prezidenti vurğulayıb ki, bütün hamının bildiyi kütləvi qətllər, soyqırım, işgəncə və qeyri-insani davranışlar faktları arxasında bu gün Türkiyəni soyqırım törətməkdə və demokratiyaya etinazsızlıqda ittiham etməyə çalışan ölkələr dayanır.

"1915-ci il hadisələrini qaldıran heç bir ölkə və ya qrup öz mövqeyini arxiv sənədlərlə əsaslandıra bilməyib. Türkiyə isə öz növbəsində 1915-ci il hadisələrinin öyrənilməsi üçün arxivlərini açmağa hazırdır" – deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri Fransa prezidenti Emmanuel Makronun aprelin 24-ünü ölkədə "erməni soyqırımı" qurbanlarının Milli Anım Günü elan edilməsi barədə qərarına da münasibət bildirib: "Dünya birliyi çox yaxşı bilir ki, Ruandada baş verən soyqırımın arxasında fransızlar durur. Məhz onlar 25 il əvvəl bu Afrika ölkəsində 800 min insanın qətlə yetirilməsinin arxasında dururlar. Bu gün isə məhz həmin Paris Türkiyəyə tarix dərsi deməyə çalışır".

Əsas mövzular