13:37 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
İran İnqilab Keşikçiləri Korpusunun əsgərləri

İran şokda: SEPAH-ın generalı ABŞ-a qaçdı

© AFP 2019 / STRINGER
DÜNYA
Qısa URL
0 0 0

General Fars körfəzi ölkələrindən birində yerləşən ABŞ səfirliyindən sığınacaq istəyib

BAKI, 24 aprel — Sputnik. İran İnqilab Keşikçiləri Korpusunun (İİKK - SEPAH) əks-kəşfiyyat idarəsinin sabiq komandanı, keçmiş briqada generalı Əli Nasiri məxfi sənədləri götürərək ölkədən qaçıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "NEWSru.co.il"-ə istinadən xəbər verir.

Məlumata əsasən, kəşfiyyat təşkilatının başçısı, Ayətulla Əli Xameneyinin nümayəndəsi Hüseyn Taebi ilə Nasiri arasında aprelin 11-də görüş keçirilib. Görüşdə mübahisə düşüb. Daha sonra Nasiri ölkəni tərk edib.

Qeyd olunur ki, general Fars körfəzi ölkələrindən birində yerləşən ABŞ səfirliyindən sığınacaq istəyib. Əli Nasiri özü ilə birlikdə İranın nüvə və raket proqramları, həmçinin İranın xüsusi xidmət orqanları əməkdaşlarının diplomat adı altında xarici ölkələrə səfərləri barədə gizli məlumatlar da aparıb.

Qeyd edək ki, əks-kəşfiyyat idarəsi uçuşların, dövlət məmurlarının özlərinin və fəaliyyətinin, həmçinin İrana səfər edən yüksək vəzifəli xarici qonaqların təhlükəsizliyini təmin edir. Qurum 1985-ci ildə yaradılıb.

“Fars” agentliyi isə məlumatı təkzib edib. Agentliyin idiasına görə, Əli Nasiri tutduğu vəzifədən azad olunduqdan sonra ölkədən qaçması barədə yayılan xəbərləri təkzib edib. O, deyib ki, 36 ildir xidmət edir və belə yerdəyişmə halları çox olub. Keçmiş komandan vəzifəsini tərk etməsi ilə bağlı mərasimin aprelin 20-də keçirildiyini söyləyib.

Əsas mövzular