11:09 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Prezident Donald Tramp

Tramp nə "soyqırım" dedi, nə də açıqlamanı imzaladı

© AFP 2019 / MANDEL NGAN
DÜNYA
Qısa URL
136 0 0

Öncəki illərdə Ağ Ev tərəfindən yayımlanan yazılı açıqlamaların altında ABŞ prezidentinin imzası yer alırdı

BAKI, 24 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp 1915-ci il aprelin 24-də baş verənləri yenə "böyük fəlakət" adlandırıb. 

Sputnik Azərbaycan Türkiyənin "NTV" telekanalına istinadən xəbər verir ki, Ağ Ev 1915-ci il hadisələri ilə bağlı açıqlama yayıb. Açıqlamada 1915-ci il hadisələri ilə bağlı "böyük fəlakət" anlamına gələn "Meds Yeghern" ifadəsi işlənilib.

Ağ Evin 1915-ci il hadisələri ilə bağlı açıqlamasının altında ABŞ prezidenti Donald Trampın imzası olmayıb.

Nəşr yazır ki, öncəki illərdə Ağ Ev tərəfindən yayımlanan yazılı açıqlamaların altında ABŞ prezidentinin imzası yer alırdı.

Əsas mövzular