14:20 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Kasım-Comart Tokayev və Nursultan Nazarbayev

Qazaxıstanda 30 ildən sonra yeni şəxs – Nazarbayev namizədini seçdi

© REUTERS / MUKHTAR KHOLDORBEKOV
DÜNYA
Qısa URL
43 0 0

Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-u keçiriləcək

BAKI, 23 aprel — Sputnik. "Nur Otan" partiyası Qazaxıstan prezidenti səlahiyyətlərini icra edən Kasım-Comart Tokayevin prezident seçkilərində namizədliyinin irəli sürülməsini dəstəkləyib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Qazaxıstanda ölkənin birinci prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə "Nur Otan" partiyasının qurultayı keçirilib. Nazarbayev Tokayenin prezidentliyə namizədliyini irəli sürüb. Tokayevin namizədliyini qurultayda iştirak edən 263 partiya üzvünün hamısı dəstəkləyib.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-u keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan prezidenti Kasım-Comart Tokayev xalqa müraciətində bildirib ki, iyulun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xatırladaq ki, təxminən 30 il müddətinə ölkəni idarə etmiş Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev martın 20-də istefa verib. Ölkənin yeni prezidenti parlamentin yuxarı palatasını sədri Kasım-Comart Tokayev olub. Ölkədə prezidentin səlahiyyət müddəti 2020-ci ildə başa çatır.

Əsas mövzular