00:19 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
44 0 0

Hazırda ölkə rəhbərliyi qruplaşmanın beynəlxalq dəstək alıb-almamasını araşdırır

BAKI, 22 aprel — Sputnik. Şri-Lankada terror aktlarını "Milli Tavhid-Camaatı" adlı qruplaşma törədib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Al Arabia" telekanalı məlumat yayıb.

Şri-Lankanın rəsmi nümayəndəsi Racita Senaratnenin sözlərinə görə, hazırda ölkə rəhbərliyi qruplaşmanın beynəlxalq dəstək alıb-almamasını araşdırır.

Qeyd edək ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib. Partlayışlar nəticəsində 290 nəfər həlak olub.

Əsas mövzular