Ankara və Vaşinqton arasında gərginlik İncirlik bazasına da çatdı

© AP PhotoВоеннослужащие ВВС США на авиабазе Инджирлик возле Аданы, Турция, фото из архива
Военнослужащие ВВС США на авиабазе Инджирлик возле Аданы, Турция, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 22 aprel — Sputnik. Amerikalı senator - demokrat Bob Menendes deyib ki, rəsmi Ankara ilə münasibətlərin korlanacağı təqdirdə Türkiyədə yerləşən İncirlik bazasında silahlar Yunanıstana köçürülə bilər. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

 Rusiyanın S-400 HHM sistemi - Sputnik Azərbaycan
Kreml: Rusiya Türkiyəyə ikinci "S-400"ü satmağa hazırdır

"Biz Türkiyənin yanlış yolla gedəcəyini düşünmürük. Lakin bu baş versə, biz öz milli maraqlarımızı və öz tərəfdaşlarımızın maraqlarını qorumaq üçün əlimizdən gələni edəcəyik", - deyə senator qeyd edib.

O bildirib ki, ABŞ NATO razılaşmasının 5-ci maddəsinə müvafiq olaraq götürdüyü öhdəliyə sadiqdir və öhdəliklərini yerinə yetirəcək: "Biz bazanın yerinin dəyişdirilməsi də daxil olmaqla lazım olan hər şeyi edəcəyik. Ümid edirik ki, məsələ buna qədər gedib çıxmayacaq. Türkiyə öz kursunu müəyyənləşdirməlidir".

Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

S-400 - Sputnik Azərbaycan
Xarici işlər nazirləri Türkiyənin S-400 almasını müzakirə edəcəklər

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.

Xəbər lenti
0