20:10 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus

ABŞ-dan Rusiya təyyarələri ilə bağlı qadağa çağırışı

© AP Photo / Pablo Martinez Monsivais
DÜNYA
Qısa URL
105 0 0

ABŞ Dövlət Departamentinin sözçüsü açıqlama yayıb

BAKI, 20 aprel — Sputnik. Venesuela prezidenti Nikolas Maduronu devirmək üçün səy göstərən ABŞ, Rusiyanın bu ölkəyə girişini əngəlləməyə çalışır.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Vaşinqtonun bütün ölkələrə Rusiya təyyarələrinin Venesuelaya uçmasını əngəlləmə çağırışı etdiyini açıqlayıb.

"Rusiya təyyarələrinə öz hava sahəsindən Venesuelaya uçmağa icazə verməyən Malta hökumətini alqışlayırıq. Biz bütün ölkələri Maduroya Kremlin dəstəyini dayandırmaq üçün Malta nümunəsini tətbiq etməyə çağırırıq" – deyə sözçü açıqlamasında bildirib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya və daha bir neçə ölkə isə Maduronu dəstəklədiyini bildirib.

Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.

Əsas mövzular