13:41 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Alpinist

Dünyanın ən yaxşı üç alpinisti öldü - FOTO

CC0 / Saikat Ghosh / climber
DÜNYA
Qısa URL
88 0 0

Onların qar uçqununa düşərək öldükləri güman edilir

BAKI, 20 aprel — Sputnik. Dünyanın ən yaxşı 3 alpinisti Kanadada qar uçqunu zamanı itkin düşüb.

Sputnik Türkiyə xəbər verir ki, Devid Lama, Cess Roskelli və Hansjorq Auer Kanadada Rokki Dağlarındakı Howse zirvəsinə dırmandıqları zaman yoxa çıxıblar.

Howse zirvəsinin daxil olduğu Banff milli Parkına məsul Kanada Parklarından verilən açıqlamada bildirilib ki, qrupun üç üzvü ölmüş hesab edilir.

Dağa çıxmağa hazırlaşan alpinistlərdən xəbər olmadığına görə, onların axtarışına başlanılıb. Ərazidə aparılan axtarış zamanı onların əşyaları tapılıb. Bu səbəbdən də, onların hər üçünün qar uçqununa düşərək öldükləri güman edilir.

Əsas mövzular