09:14 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Türk polisi araşdırma aparır, arxiv şəkli

İtkin düşmüş iş adamının cəsədi tapıldı

© AFP 2019 / AHMED DEEB
DÜNYA
Qısa URL
100 0 0

Biznesmenin ölümündə şübhəli bilinən S.M. adlı şəxs xaricə qaçıb

BAKI, 20 aprel — Sputnik. Türkiyədə iki aydır itkin düşən iş adamı Şahin Akçanın meyiti Tekirdağın Süleymanpaşa rayonunda yerləşən Kumbağ məhəlləsindəki villasında tapılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 2 aydır axtarışda olan Akçanın tapılması üçün yaxınları jandarmaya müraciət edib.

Məlumata görə, Akçanın ölümündə şübhəli hesab edilən Azərbaycan əsilli S.M. Artvin sərhədindən xaricə qaçıb.

Faktla bağlı cinayət işi açılıb və iş adamının cəsədi İstanbul Ədliyyə Tibb Mərkəzinə göndərilib.

Əsas mövzular