12:28 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Ağır atletika məşqləri, arxiv şəkli

Yeni rekord: 69 yaşlı qadın 138 kiloqram çəkini qaldırıb

© Sputnik / Grigory Sysoyev
DÜNYA
Qısa URL
47 0 0

"Bu, mənim motivasiyamdır, məni yaşamağa məcbur edir"

BAKI, 19 aprel — Sputnik. ABŞ-ın Arkanzas ştatında 69 yaşlı qadın rekorda imza atıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 69 yaşlı Şarie Mobley ağırlıqqaldırma idman növü üzrə rekordu təzələyib. O, 138 kiloqram çəkini qaldırmağı bacarıb.

Qadın 60 yaşından başlayaraq məşq edir. Əvvəllər idmana onurğasında olan problemə görə başlayıb. Təqaüdə çıxan qadının ağır idman alətləri ilə işləmək çox xoşuna gəlib və o, bunu davam etdirməyə başlayıb. Hətta qarşısına məqsəd qoyub ki, dünya rekordunu təzələyəcək.

Şarie Mobley açıqlamasında bunları deyib: "Bu, mənim motivasiyamdır, məni yaşamağa məcbur edir. Evdə oturmaq mənim üçün deyil".

Digər idmançılar qadını "Halk nənə" adlandırırlar. Onun çəkisi 55,8 kilo olsa da, özündən xeyli ağır çəkiləri qaldıra bilir.

Əlaqədar

Dopinqə düşmüş ağırlıqqaldıranımızla bağlı Federasiyadan açıqlama
Pəhləvanımız 269 kiloqram ağırlıq qaldırıb
Artıq çəki beyinə necə zərər verirmiş...
Teqlər:
ağırlıq, rekord, qadın

Əsas mövzular