Həlledici "döyüşü" izləmək üçün bütün biletlər satılıb

© Sputnik / Stringer / Mediabanka keçidUkrayna prezidentliyinə namizədlər - Pyotr Poroşenko və Vladimir Zelenski arasında keçiriləcək debata hər şey hazırdır
Ukrayna prezidentliyinə namizədlər - Pyotr Poroşenko və Vladimir Zelenski arasında keçiriləcək debata hər şey hazırdır - Sputnik Azərbaycan
Abunə olmaq
Debat aprelin 19-u saat Bakı vaxtı ilə 19:00-da Kiyevin "Olimpiyskiy" stadionunda keçiriləcək

BAKI, 19 aprel — Sputnik. Ukraynada prezidentliyə namizədlər Pyotr Poroşenko və Vladimir Zelenski arasında keçiriləcək debata bütün biletlər satılıb. Bu barədə Sputnik Azərbaycan "UNİAN"-a istinadən xəbər verir.

Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Milli Məclis üzvləri Ukraynaya yola düşəcəklər

Poroşenko və Zelenski arasında debat aprelin 19-u saat Bakı vaxtı ilə 19:00-da Kiyevin "Olimpiyskiy" stadionunda keçiriləcək. Stadionda 70 mindən çox azarkeş toplana bilər.

Qeyd edək ki, Ukraynada martın 31-də prezdent seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Vladimir Zelenski hamıdan çox səs toplayıb. O, seçicilərinin 30,24%-nin səsini qazanıb.

İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Onu Ukrayna vətəndaşlarının 15,95%-i dəstəkləyib.

Hazırda bu ölkədə prezident seçkilərinin ikinci turuna hazırlıq gedir. İkinci tur aprelin 21-də keçiriləcək.

 

Xəbər lenti
0