12:25 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Daşqın

Təbii fəlakət qonşu ölkəyə 3 milyard dollardan çox ziyan vurub

CC0 / Hans Braxmeier / Flood
DÜNYA
Qısa URL
148 0 0

Ruhani: "Hökumət əlindən gələni edəcək ki, vətəndaşlara dəyən ziyan kompensasiya edilsin"

BAKI, 18 aprel — Sputnik. "İranda baş verən sel ölkəyə, ən az 3 milyard dollar məbləğində ziyan vurub". Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, bunu ölkə prezidenti Həsən Ruhani deyib. 

O bildirib ki, sellə bağlı insanlara dəyən ziyan kompensasiya ediləcək: "Hökumət əlindən gələni edəcək ki, vətəndaşlara dəyən ziyan kompensasiya edilsin. Və baş verən dağıntılar əvvəlkindən daha yaxşı bir şəkildə inşa ediləcək".

Ruhani, ayrıca, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin də bu istiqamətdə ciddi tapşırıq verdiyini qeyd edib. Prezident ölkəyə dəyən ziyanın məbləğinin, Xuzistan əyalətində zərərin hesablanmasından sonra daha da yüksələ biləcəyini söyləyib.

Xatırladaq ki, aramsız yağan yağışlar nəticəsində yaranan sel İranın 24 vilayətində şəhər və kəndlərə böyük ziyan vurub, infrastruktur dağılıb, 70-dən çox adam həlak olub.

Bu günə kimi Azərbaycan, Türkiyə, İsveçrə, Almaniya, Küveyt, Rusiya, Pakistan, Yaponiya, Qətər və başqa dövlətlər İrana humanitar yardım göstərib. Avropa İttifaqı isə İrana 1 milyon 200 min avro yardım ayırıb.

Əlaqədar

İraqda sel nəticəsində onlarla həlak olan var
Müsəlman ölkəsini indi də sel aparır
Sel Azərbaycanın bu bölgəsinə ciddi ziyan vurdu
Teqlər:
milyard, fəlakət, sel, İran

Əsas mövzular