Dost ölkədə insanlıq dramı yaşanır: 49 ölü, 176 yaralı

© AP Photo / Muhammad SajjadPakistanda yağan yağışın fəsadları
Pakistanda yağan yağışın fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
Təbii fəlakət nəticəsində yaranan torpaq sürüşmələri nəticəsində ölənlərin sayı durmadan artır

BAKI, 18 aprel — Sputnik. Pakistanda güclü yağışlar və təbii fəlakət nəticəsində yaranan torpaq sürüşmələri nəticəsində ölənlərin sayı durmadan artır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 49 nəfər ölüb, daha 176 nəfər xəsarət alıb.

Təbii fəlakət Pakistanın Pencab, Hayber-Pahtunhva, Bəlucistan və Sind vilayətlərində qeyd alınıb. Xilasedicilər və hərbçilər hadisə yerinə cəlb olunublar.

Xatırladaq ki, Pakistan Azərbaycanla ən yaxın, dost münasibətdə olan ölkələrdən biridir.

Xəbər lenti
0