Türkiyə–Ermənistan sərhədində insident – İşə rus əsgərləri qarışdı

© Sputnik / Aram NersesyanTürkiyə-Ermənistan sərhədi, arxiv şəkli
Türkiyə-Ermənistan sərhədi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Baxış zamanı onun üzərindən Pakistan vətəndaşının pasportu və mobil telefon aşkarlanıb

BAKI, 18 aprel — Sputnik. Ermənistan Respublikasında yerləşən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin əməkdaşları Ermənistan-Türkiyə sərhədini qanunsuz şəkildə keçmək istəyən şəxsi saxlayıb. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Məlumata əsasən, hadisə bir neçə gün əvvəl baş verib. Belə ki, rus sərhədçilər Türkiyə ərazisindən Ermənistan dövlət sərhədinə yaxınlaşan naməlum şəxsi görüblər. Həmin şəxs sərhəd çayı olan Araz çayını keçib və Ermənistan ərazisində gizlənməyə çalışıb. Bir neçə dəqiqə sonra sərhədçilər onu saxlayıb.

Sorğu sual zamanı məlum olub ki, sərhəd pozucusu Pakistan vətəndaşı olub. Baxış zamanı onun üzərindən Pakistan vətəndaşının pasportu və mobil telefon aşkarlanıb.

Xəbər lenti
0