15:51 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
180

Fransa mədəniyyət naziri insanları kilsənin yenidən qurulmasına ianə etməyə səsləyib

BAKI, 17 aprel — Sputnik. Parisdə yanan Notr-Dam-de-Pari kilsəsinin bərpası üçün yığılan vəsaitin həcmi milyard avronu keçib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" nəşri məlumat yayıb.

Nəşr yazır ki, ianələri əsasən böyük şirkətlər və sahibkarlardan, həmçinin Fransa Mədəniyyət Nazirliyinin seçdiyi dörd ictimai fonddan gəlir. Fransa mədəniyyət naziri Frank Riester "Twitter"-də ianə üçün etibarlı saytların siyahını açıqlayıb və insanları kilsənin yenidən qurulmasına ianə etməyə səsləyib.

Parisdə yanğın
Pierre-Alexandre Vezinet/via REUTERS

Xatırladaq ki, bazar ertəsi "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.

Fransa prezidenti Emmanuel Makron xalq müraciətində bildirib ki, yaxın 5 ildə kilsəni yenidən bərpa etmək niyyətindədir.

Əlaqədar

Fransanın simvolu yanıb külə dönür – VİDEO
Notr-Dam-de-Pari yenidən bərpa ediləcək – VİDEO

Əsas mövzular