İstanbulda çalxalanma: Şəhər qurudan və havadan nəzarətə götürülüb

© AP Photo / PETER DEJONGВертолет турецкой армии патрулирует над Голубой мечетью в Стамбуле
Вертолет турецкой армии патрулирует над Голубой мечетью в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Polis helikopterlərinin də dəstək verdiyi əməliyyat davam edir

BAKI, 16 aprel — Sputnik. İstanbulda narkotik tacirlərinə qarşı geniş miqyaslı əməliyyat keçirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə üzrə şöbəsi tərəfindən 150 ünvanda eyni zamanda əməliyyat keçirilib.

Xüsusi polis hərəkatının da dəstək verdiyi əməliyyat zamanı xeyli miqdarda narkotik maddə ələ keçirilib, 152 şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxslərin bəzilərinin tibbi müayinədən sonra ifadə alınması üçün İstanbul Polisinə aparılıb.

Polis helikopterlərinin də dəstək verdiyi əməliyyat davam edir.

Xəbər lenti
0