07:06 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Rusiya gəmiləri ABŞ esminetsini nəzarət götürdü – Qara dənizdə gərginlik

© REUTERS / YORUK ISIK
DÜNYA
Qısa URL
91 0 0

Amerikalı esminetsi "Vasiliy Bıkov" patrul gəmisi və "İvan Xurs" kəşfiyyat gəmisi müşahidə edir

BAKI, 16 aprel — Sputnik. Rusiya gəmiləri Qara dəniz hövzəsinə daxil olan, ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus "Ross" esminetsini izləyir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Qara dəniz hövzəsinə daxil olduqdan sonra "Ross"u donanmanın sahil radio-texniki vasitələri nəzarətə götürüb. Bundan əlavə, Amerika esminetsini "Vasiliy Bıkov" patrul gəmisi və "İvan Xurs" kəşfiyyat gəmisi müşahidə edir.

Son illər Rusiya öz sərhədləri yaxınlığında NATO-nun indiyə qədər görülməmiş aktivliyi ilə üzləşir. NATO bunu "Rusiya aqressiyasının saxlanılması" adlandırır. Bu arada Kremldə vurğulanır ki, Moskva digər ölkələr üçün təhdid deyil, lakin onun maraqları üçün təhlükə olan hərəkətləri cavabsız qoymayacaq.

Əsas mövzular