22:41 17 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Neft, arxiv şəkli

İrandan sərt neft xəbərdarlığı gəldi: Qiyməti kəskin artırarıq

© REUTERS / Brendan McDermid
DÜNYA
Qısa URL
3034 0 0

“Venesuelada davam edən gərginlik ABŞ üzərində təzyiqi artıracaq”

BAKI, 15 aprel — Sputnik. "Neftin qiymətlərinin hər gün yüksəlməsi dünya bazarlarının narahat olmasının göstəricisidir". Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu son günlərdə dünya bazarlarında neft qiymətlərinin artmasını şərh edən İranın neft naziri Bicen Namdar Zengene bildirib.

"Neftin qiymətlərinin hər gün yüksəlməsi dünya bazarlarının narahat olmasının göstəricisidir. Donald Tramp İrana təzyiqləri artırmaq ilə ABŞ-da benzinin qiymətlərinin aşağı səviyyədə qalması arasında seçim etməlidir" – deyə nazir bildirib.

Neft bazarının narahat bir dönəmdən keçdiyini və Birləşmiş Ştatların İrana təzyiqinin artırması durumunda bu narahatlığın dərinləşəcəyini bildirən Zengene vurğulayıb: "Hazırda Venesuelada problemlər var, Rusiyaya sanksiyalar tətbiq edilir, Liviyada ara qarışıb, Birləşmiş Ştatlarda neft hasilatı azalıb. Yaranan vəziyyətə görə, demək olar ki, hasilat az, tələbin çox olduğu bir narahat dövrdən keçirik".

İranlı nazir qeyd edib ki, Sudanda baş verənlər dünya neft bazarlarındakı vəziyyətə təsir etməyəcək. Çünki neft bölgələri Sudanda deyil, Cənubi Sudanda yerləşir: "Venesuelada davam edən gərginlik isə ABŞ üzərində təzyiqi artıracaq".

Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,4 dollar və yaxud 0,54% artıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 74,13 dollar təşkil edib. 

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya və Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-da Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə, Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.

Əsas mövzular