05:20 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Təyyarə

Dünya yeni rekorda şahidlik etdi - VİDEO

CC0 / mmisof / Airbus
DÜNYA
Qısa URL
1691 0 0

Nəhəng təəyyarə ilk dəfə olaraq Kaliforniyada havaya qalxıb

BAKI, 14 aprel — Sputnik. Dünyanın ən böyük təyyarəsi ilk dəfə səmaya qalxıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin ilk sınaq uçuşu həyata keçirilib.

"Stratolaunch Systems" şirkətinə məxsus nəhəng təəyyarə ilk dəfə olaraq Kaliforniyada havaya qalxıb. Təyyarınin qanadlarının uzunluğu 117 metrə çatır. Bu günə qədər ən böyük qanadı olan təyyarə SSRİ-yə məxsus An-225 "Mriya" olub ki, onun qanadının uzunluğu 88 metrdir.

ABŞ istehsalı olan hazırkı nəhəng təyyarənin özünün uzunluğu isə 73 metrə çatır. Bu təyyarə 226 ton yük ilə səmaya qalxa bilir. Təyyarə kosmos üçün nəzərdə tutulan aparatları daşıyacaq.

Qeyd edək ki, "Stratolaunch Systems" şirkəti 2011-ci ildə "Microsoft"un həmtəsisçisi Polom Allen və dizayner Bert Rutanov tərəfindən təsis edilib.

Əlaqədar

Gəncə-Moskva təyyarəsində bomba həyəcanı
Sərnişin təyyarəsində cəmi bir nəfər uçub
Təyyarə ilə helikopter toqquşub, ölənlər və yaralananlar var
Teqlər:
hava, səma, təyyarə

Əsas mövzular