Təyyarə ilə helikopter toqquşub, ölənlər və yaralananlar var

© AP Photo / Niranjan ShresthaNepalın Everest dağının ətəyində yerləşən Lukla qəsəbəsindəki Tenzinq-Hillari hava limanında faciə baş verib
Nepalın Everest dağının ətəyində yerləşən Lukla qəsəbəsindəki Tenzinq-Hillari hava limanında faciə baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Ölənlər təyyarənin pilotu və helikopterin yanındakı 2 polis əməkdaşıdır

BAKI, 14 aprel — Sputnik. Nepalın Everest dağının ətəyində yerləşən Lukla qəsəbəsindəki Tenzinq-Hillari hava limanında faciə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, turistləri daşıyan kiçik sərnişin təyyarəsi havaya qalxdığı zaman qarşıdakı helikopterlə toqquşub.

Hadisə nəticəsində 3 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Ölənlər təyyarənin pilotu və helikopterin yanındakı 2 polis əməkdaşıdır. Təyyarədəki 4 turist və bir stüardessa isə heç bir xəsarət almayıb.

Qeyd edək ki, Tenzinq-Hillari dünyanın ən təhlükəli hava limanlarından biri kimi tanınır. Bu hava limanı dünyanın ən yüksək zirvəsi olan Everestə Nepal istiqamətindən səyahətlər həyata keçirilməsinə xidmət edir.

Xəbər lenti
0