"Bizə dərs verməli olan ən sonuncu ölkə Fransadır"

© AFP 2023 / BORIS HORVATParisdə dalğalanan türk bayraqları
Parisdə dalğalanan türk bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə XİN başçısı: "Fransa öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməyə çalışmasın"

 

BAKI, 13 aprel — Sputnik. Soyqırım və tarix məsələsində Türkiyəyə dərs verə biləcək ən sonuncu ölkə Fransadır. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 24-nün Fransada qondarma "erməni soyqırımı qurbanları"nın anım günü elan edilməsinə münasibət bildirirkən deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
"Geri çəkilin, başqa yolunuz yoxdur" - Ankaradan Təl-Əvivə çağırış

"Soyqırım və tarix məsələsində Türkiyəyə dərs verə biləcək ən sonuncu ölkə Fransadır. Çünki Ruanda və Əlcəzairdə baş verənləri unutmadıq. Fransa öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməyə çalışmasın" - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron ölkə ərazisində 24 aprel tarixinin qondarma "erməni soyqırımı"nın anım günü elan olunması barədə fərman imzalayıb.

"Hər il Fransada 24 aprel tarixi "erməni soyqırımı" qurbanlarının milli anım günü kimi qeyd olunacaq" – deyə fərmanda bildirilir.

Qeyd olunur ki, bu günlə bağlı tədbirlər rəsmi olaraq Parisdə keçiriləcək.

Xatırladaq ki, Makron qərarı barədə hələ bu ilin fevralında Fransada erməni təşkilatlarının koordinasiya şurasının illik şam yeməyində çıxışı zamanı bildirib.

Xəbər lenti
0