22:17 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Donal Tramp

Trampı siyasətini dəyişməyə məcbur etdi və ilin ən yaxşısı seçildi

© REUTERS / Carlos Barria
DÜNYA
Qısa URL
354110

Amsterdamda "World Press Photo 2019" illik fotojurnalistika müsabiqəsinin laureatlarının adları açıqlanıb

BAKI, 12 aprel — Sputnik. Amsterdamda "World Press Photo 2019" illik fotojurnalistika müsabiqəsinin laureatlarının adları açıqlanıb.

Əsas prizi Pulitserov mükafatı laureatı, 51 yaşlı Con Mur çəkdiyi ağlayan qız uşağının şəklinə görə qazanıb. Şəkildə balaca qızcığaz amerikalı sərhədçi tərəfindən üstü axtarılan anasının qarşısında ağlayır. Qızcığaz və anası Meksika sərhəddindən ABŞ-a keçməyə çalışarkən amerikalı sərhədçilər tərəfindən saxlanılıb.

World Press Photo-nun münsifləri qeyd ediblər ki, bu foto zorakılığın bir neçə növünü, eləcə də psixoloji zorakılığı nümayiş etdirir.

Mur bu şəkli 2018-ci ilin iyununda qeyri-leqal miqrant qrupunun saxlanılması zamanı çəkib. Bu fotonun yayılması Amerikada irimiqyaslı etiraz dalğasına səbəb olub. Amerikalılar Donald Trampın miqrasiya siyasətindən dəhşətə gəliblər. Eyni zamanda məlum olub ki, miqrantlar və onların uşaqları saxlanlandan sonra müxtəlif təcridxanalara göndərilirlər. Bununla bağlı mitinqlər bütün ölkəni bürüyüb. Bu etirazlara hətta Trampın qızı İvanka da dəstək verib.

51 yaşlı Con Murun çəkdiyi ağlayan qız şəkli

Bu qalmaqala səbəb olmuş fotonun qəhrəmanı olan Sançes ailəsinə gəlincə, məlum olub ki, həmin gecə körpəni anasından heç kəs ayırmayıb. Sərhədçinin dediyinə görə, protokola əsasən saxlanılmış qadının və onun sərhəddi qanunsuz keçməyə cəhd edən sənədsiz yoldaşlarının üstünü axtarmaq onun vəzifə borcudur.

Sərhədçi Karlos Ruiz deyib: "Onlar bu fotodan ayırma siyasətinin simvolu kimi istifadə ediblər, lakin bu, tamam başqa məsələdir. Axtarış 2 dəqiqədən də az çəkib. Anası dərhal qızını qucağına alıb və o, həmin an ağlamağı dayandırıb".

Bununla belə, şəkil öz işini görüb. Qaldırılmış hay-küydən sonra Tramp qeyri-leqal miqrant ailələrin üzvlərini ayırmağı qadağan edib. Lakin o, "sıfır dözümlülük" siyasətindən indiyə qədər əl çəkməyib.

Əsas mövzular