Putin zabitləri yığıb, dünyaya mesaj ötürdü: "Sınaqlar uğurla keçir"

© Sputnik / Alexey Nikolskiy / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabit və prokurorlarla görüşüb
Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabit və prokurorlarla görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda "Kinjal" hipersəsli kompleksləri və "Peresvet" lazer sistemləri orduya təhvil verilib

BAKI, 11 aprel — Sputnik. Rusiya hazırda qitələrarası ballistik raketləri olan "Sarmat"ın sınaqlarını yekunlaşdırır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabitlər və prokurorlarla görüşdə bildirib.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Putin açıqladı: “Türkiyəyə digər silahlar da göndəriləcək”

O, vurğulayıb ki, raketlərin yekun sınaqları uğurla həyata keçirilir.

Rusiya lideri bildirib ki, hazırda "Kinjal" hipersəsli kompleksləri və "Peresvet" lazer sistemləri orduya təhvil verilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin martın 1-də parlamentə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni silahlar barədə danışıb. Burada söhbət "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından gedir.

Putin "Kinjal"ı analoqu olmayan silah adlandırıb: "Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir".

Xəbər lenti
0