19:27 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Sudanın prezidenti Ömər əl-Bəşir mitinqdə öz tərəfdarlarını salamlayır

Hərbi çevriliş nəticəsində devrilən prezident həbs edilib

© AP Photo / Mahmoud Hjaj
DÜNYA
Qısa URL
32 0 0

Komendant saatı bir ay müddətinə 22:00-dan 04:00-a qədər davam edəcək

BAKI, 11 aprel — Sputnik. Bu gün devrilən Sudan prezidenti Omar əl-Bəşir saxlanılıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Sudanın müdafiə naziri Auf ibn Avad bildirib.

Xorvatiya-Nigeriya görüşü
© Sputnik / Александр Вильф

"Bu rejimin rəhbərinin saxlanıldığını elan edirəm. O, təhlükəsiz yerdə saxlanılır" - deyə nazir dövlət televiziyası ilə çıxışı zamanı bildirib.

Auf ibn Avad, həmçinin ölkədə 3 ay müddətinə fövqəladə vəziyyətin və bir ay ərzində komendant saatının tətbiq olunmasını bəyan edib: "Komendant saatı bir ay müddətinə 22:00-dan 04:00-a qədər davam edəcək".

Qeyd edək ki, bu gün Sudanda ordu hərbi çevriliş edib. Hərbçilər prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, hökumətin buraxıldığını elan ediblər.

Xatırladaq ki, 75 yaşlı Ömər əl-Bəşir 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir. 2018-ci ilin dekabrından əhali onun istefası tələbi ilə etiraz aksiyalarına başlayıb.

Əsas mövzular