21:29 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Hazırda 30 min 559 nəfər FETÖ-cü həbsxanadadır – Ərdoğan detalları açıqladı

© REUTERS / MURAD SEZER
DÜNYA
Qısa URL
213 0 0

Ərdoğan FETÖ həbsləri barədə danışıb

BAKI, 10 aprel — Sputnik. Türkiyədə hazırda 30 min 559 FETÖ-cu həbsxanadadır. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Hazırda həbsxanalarda 30 min 559 min FETÖ-çu var. Çevriliş cəhdi edənlərə bütün dünyanı dar edən bütün polislərə təşəkkür edirəm", - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bu günə qədər hüquq-mühafizə orqanları sıralarından çıxarılanların sayı 31 mini keçib: "Ordu içərisindən xaric edilənlərin sayı 15 mini, məhkəmə orqanlarından xaric olunanların sayı 4 minin üzərindədir. Ölkəmizə edilən bu xəyanəti buraxmayacağıq. Dövlətimizi bundan tamamilə qurtarana qədər bizə haramdır".

Əsas mövzular