Nazarbayevin qızı prezident seçkiləri ilə bağlı qərar qəbul edib

© Sputnik / Vladislav VodnevDariqa Nazarbayeva senatın spikeri təyin olunduqdan sonra
Dariqa Nazarbayeva senatın spikeri təyin olunduqdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Senatın spiker aparatının katibliyinin rəhbəri verilən qərarı açıqlayıb

BAKI, 9 aprel — Sputnik. Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva növbədənkənar prezident seçkilərində namizəd olmayacaq. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Xeyr, Dariqa Nursultanova namizəd olmağa hazırlaşmır" - deyə Senatın spiker aparatının katibliyinin rəhbəri Saul Mustafayev bildirib.

Ölkənin birinci prezidentinin qızı Dariqa Nazarbayeva martın 20-də Qazaxıstan Senatının yeni spikeri seçilib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan prezidenti Kasım-Comart Tokayev xalqa müraciətində bildirib ki, iyulun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xatırladaq ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev martın 20-də istefa verib. Ölkənin yeni prezidenti parlamentin yuxarı palatasını sədri Kasım-Comart Tokayev olub. Ölkədə prezidentin səlahiyyət müddəti 2020-ci ildə başa çatır.

Xəbər lenti
0