08:51 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Xanımlar idman zalında, arxiv şəkli

Alimlər arıqlamağın ən effektiv üsulunu sübut ediblər

CC0 / bruce mars / fitness
DÜNYA
Qısa URL
64 0 0

Kolorado Universitetinin alimləri: "İdman və hərəkət olmadan, effektiv arıqlaya bilməzsiz!"

BAKI, 8 aprel — Sputnik. Kolorado Universitetinin alimləri arıqlamaq üçün ən effektiv vasitəni tapıblar. Onlar dieta və müxtəlif idman hərəkətlərinin artıq çəkiyə təsirini müəyyən ediblər.

Sputnik Azərbaycan Science Daily-yə istinadla xəbər verir ki, alimlər tədqiqatlar zamanı çəki dəyişikliyi baş verərkən kalorinin necə aşağı düşdüyünü öyrəniblər. Onlar bu zaman çəkini qaydada saxlamağı bacaran, normal çəkili və artıq çəkili insanlarla bağlı məlumatları təhlil ediblər.

Alimlər orqanizmin ağır hidrogen və ağır oksigenlə zənginləşdirilmiş suyun qəbulu ilə müşayiət olunan ikiqat su etiketləmə metodundan istifadə ediblər.

Bu metod sorğulardan və ərzaq gündəliyindən istifadədən daha etibarlıdır.

Nəticədə alimlər o qənaətə gəliblər ki, arıqlamağın ən effektiv yolu dieta deyil, fəal hərəkətlərdir. Çoxlu kalori qəbul etdikdən sonra piylənmənin qarşısını almaq və tez arıqlamaq üçün idmanla məşğul olmaq vacibdir.

"İdman və hərəkət olmadan, effektiv arıqlaya bilməzsiz! Dieta ilə yalnız müvəqqəti uğura nail olmaq mümkündür. Orqanizm dietik rejiminizə alışandan sonra, kökəlmək üçün başqa variantlar axtarır. Ona görə də, kalorini qıvraq hərəkətlər və idmanla atmaq arıqlamağın ən sağlam yoludur" - deyə koloradolu alimlər əlavə diblər.

Əsas mövzular