10:11 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Putin açıqladı: “Türkiyəyə digər silahlar da göndəriləcək”

© AFP 2019 / MAXIM SHIPENKOV
DÜNYA
Qısa URL
81 0 0

Türkiyə Prezidenti iki ölkə arasında ticari hədəfin 100 milyard dollarlıq rəqəmə çatmasını hədəf götürdüklərini vurğulayıb.

BAKI, 8 aprel — Sputnik. Moskvada Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, mətbuat üçün bağlı olan görüş 2 saat 15 dəqiqə davam edib.

Əvvəlcə liderlər təkbətək görüş keçiriblər. Daha sonra isə nümayəndə heyətlərinin də qatıldığı görüş başlayıb.

Türkiyə Prezidenti iki ölkə arasında ticari hədəfin 100 milyard dollarlıq rəqəmə çatmasını hədəf götürdüklərini vurğulayıb.

Vladimir Putin isə iki ölkə arasında münasibətlərin əsas məqamlarını müzakirə etdiklərini bildirib. Rusiya Prezidenti ölkələr arasında hələ də qalmaqda olan ticari məhdudiyyətləri qaldırmağa çağırıb. Putin onu da qeyd edib ki, Rusiya Türkiyəyə “S-400” raketlərindən əlavə, hərbi məqsədli digər məhsulları da göndərməyə hazırlaşır.

Əsas mövzular