07:25 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Активисты Брексита развевают флаги Союза, поскольку активисты антирекситского движения держат плакаты во время демонстрации возле Дома Парламента в Вестминстере, Лондон

Brexit prosesində gözlənilməz dönüş

© AFP 2019 / TOLGA AKMEN
DÜNYA
Qısa URL
285 0 0

Avropa İttifaqı aprelin 10-də Brexit-lə bağlı təcili sammit keçirəcək

BAKI, 7 aprel - Sputnik. Böyük Britaniyanın baş naziri parlament və hökumətin Brüsselə razılaşma üzrə kompromisə gəlməyəcəyi halda ölkənin ümumiyyətlə, Avropa İttifaqından çıxmasının mümkün ola bilməyəcəyini bəyan edib.

ONA-nın məlumatına görə, bu barədə T. Meyin ofisi məlumat yayıb.

Baş nazir parlamentin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına mane olduğunu dərk etməli olduğunu vurğulayıb: “İndi bizim qarşımızda Avropa İttifaqından razılaşma əldə edilmədən çıxmaq, yaxud ümumiyyətlə, Avropa İttifaqının tərkibində qalmaq seçimləri durur. Mən mövqeyimdə qalıram. Biz Brexit-ə nail olmalıyıq və bunun üçün də müqavilə şərtlərini razılaşdırmalıyıq. Parlamentdə mübarizə nə qədər uzun davam etsə, Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmaq riski bir o qədər artır. Böyük Britaniya xalqı Avropa İttifaqının tərkibindən çıxmağı dəstəkləyib, buna yol vermək olmaz. Mən bu həftə yenə Brexit-lə bağlı müəyyən vaxt ayrılması üçün Brüsselə səfər edəcəm”.

Qeyd edək ki, T. Mey  Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının iyunun 30-ə qədər uzadılması ilə bağlı Brüsselə məktub göndərib. Əgər parlament Brexit-ə dair razılaşmanı dəstəkləyərsə, Böyük Britaniya mayın 23-nə – Avropa Parlamentinə seçkilər keçirilənə qədər Avropa İttifaqından çıxa bilər. Hazırkı razılaşmaya görə isə Böyük Britaniya aprelin 12-dək Avropa İttifaqından çıxmalıdır.

Avropa İttifaqı aprelin 10-də Brexit-lə bağlı təcili sammit keçirəcək.

Əsas mövzular